Lolita (roman, 1955)

Lolita
Lolita
Kitabın ilk nəşrinin üzü
Kitabın ilk nəşrinin üzü
Janr Roman
Müəllif Vladimir Nabokov
Orijinal dili ingilis
Yazılma ili 1950[1]
Nəşr ili 1955
Nəşriyyat Olympia Press

"Lolita"Vladimir Nabokovun 1955-ci ildə qələmə aldığı roman. İngilis dilində yazılıb və ilk dəfə 1955-ci ildə Parisdə "Olimpiya Press" nəşriyyatında dərc olunub. XX əsrin ən görkəmli kitablardan biri sayılır: The Modern Library bütün zamanların yüz ən yaxşı romanlar siyahısında dördüncü yeri alıb[2] , Le Monde qəzetinin XX əsrin 100 kitabı siyahısınaTime jurnalının əsrin ən yaxşı yüz romanı siyahısına düşə bilmişdir.[3]

ki jurnalının əsrin yüz ən yaxşı romanı siyahısına düşüb.[3]

Lolita Nabokovun ən tanınmış romanı sayılır və onun bütün əsərləri üçün səciyyəvi olan mürəkkəb söz oyunlarına və təsviri detallara məhəbbətini nümayiş etdirir.

Nabokovun məşhur "Lolita" bestselleri erotika, sevgi prozası və sosial-tənqidi didaktikanın birləşməsi təcrübəsi kimi meydana çıxıb. Əsər zərif estetizm və fəlsəfi dərinliklə şərtlənir. Romanda qoyulan əsas problemlərdən biri sevgini darmadağın edən eqoizm mövzusudur. Roman azyaşlı qıza qarşı xəstə bir ehtiras duyan avropalı ziyalının dilindən danışılır və bu, onun intellektual fonunu müyyənləşdirir.

  1. Nabokov V. The Annotated Lolita (ing.). / A. Appel Vintage Books, 1991. ISBN 978-0-307-78808-5
  2. 100 Best Novels Arxivləşdirilib 2010-02-07 at the Wayback Machine. Modern Library (2007)
  3. 1 2 ALL TIME 100 Novels — Time Arxivləşdirilib 2011-11-01 at the Wayback Machine time.com

Developed by StudentB